Avstriya Mübadilə Xidmətinin rəhbəri Azərbaycanda

 Azərbaycan Dillər Universitetinin  rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Avstriya Mübadilə Xidmətinin (OeAD) rəhbəri Stefan Zottini qəbul edib. Qonağı salamlayan akademik K.Abdulla avstriyalı tələbələri, alimləri ADU daha çox görmək istədiyini bildirib. ADU-nun rektoru əlavə edib ki, avstriyalı alimlərlə birgə elmi konfranslar, dəyirmi masalar təşkil etmək qarşılıqlı faydalı əməkdaşlığa ciddi töhfə verərdi.

Azərbaycan Dillər Universitetinin  rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Avstriya Mübadilə Xidmətinin (OeAD) rəhbəri Stefan Zottini qəbul edib.

Qonağı salamlayan akademik K.Abdulla avstriyalı tələbələri, alimləri ADU daha çox görmək istədiyini bildirib.

ADU-nun rektoru əlavə edib ki, avstriyalı alimlərlə birgə elmi konfranslar, dəyirmi masalar təşkil etmək qarşılıqlı faydalı əməkdaşlığa ciddi töhfə verərdi.

ADU-da Avstriya Mərkəzinin fəaliyyət göstərdiyini bildirən K.Abdulla Avstriya universitetlərindən birində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlaması üçün müəyyən addımlar atılmasının vacibliyini vurğulayıb.

Avstriya Mübadilə Xidmətinin (OeAD) rəhbəri S.Zotti Avstriya ilə Azərbaycan arasında akademik səviyyədə əlaqələrin daha yaxşı qurulmasında maraqlı olduqlarını söyləyib.

ADU rektoru tərəfindən səslənən təklifləri müsbət qarşıladığını bildirən S.Zotti bu təkliflərin həyata keçməsi üçün əməli addımlar atılmasının vacib olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31