ŞƏT əməkdaşlığı Azərbaycanın “orta güc” strategiyasını tamamlayır- ÖZƏL

"Azərbaycanın beynəlxalq nüfuzu artır, ölkəmizin iştirak etdiyi platformaların sayı genişlənir, Bakı mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir və Azərbaycan regional proseslərdə qərar qəbul edən əsas aktorlardan birinə çevrilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva deyib: "ŞƏT əməkdaşlığı Azərbaycanın "orta güc" strategiyasını tamamlayır. Bu əməkdaşlıq Azərbaycanın daha geniş geosiyasi strategiyasının tərkib hissəsidir. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu gücləndirir. Azərbaycan Şimalla Cənub arasında yeni nəqliyyat imkanları yaradır. Azərbaycan Türk dünyasını birləşdirən əsas siyasi və iqtisadi mərkəzlərdən birinə çevrilir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan Asiya və Afrika ölkələri ilə siyasi və iqtisadi münasibətlərini genişləndirir. Bütün bunlar birlikdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisini artırır. ŞƏT ilə əməkdaşlıq da məhz bu böyük strategiyanın mühüm elementidir.

Azərbaycanın son illərdə əldə etdiyi beynəlxalq uğurların əsas səbəbi müstəqil dövlət siyasətidir. Prezident İlham Əliyevin siyasi iradəsi və ardıcıl strategiyası Azərbaycanı mürəkkəb beynəlxalq şəraitdə öz milli maraqlarını qoruya bilən dövlətə çevirib. Azərbaycan heç kimin diktəsi ilə hərəkət etmir. Azərbaycan öz milli maraqlarından çıxış edir. Bu gün dünyanın yeni düzəni formalaşır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31