Gündəm

Sevgiylə döyüşmək...

15 May 2018 11:16

III Avropa Oyunları müxtəlif ölkə və şəhərlərdə keçirilə bilər

15 May 2018 10:53

2023-cü ildə keçiriləcək III Avropa Oyunları müxtəlif ölkə və şəhərlərdə təşkil oluna bilər.

Türk lirəsi ucuzlaşmaqda davam edir

15 May 2018 10:51

Türkiyənin milli valyutası - lirə ucuzlaşmaqda davam edir.

"ASAN Viza"ların rüsumu müəyyənləşdi

15 May 2018 10:23

"ASAN Viza" vasitəsi ilə havalimanlarında 15 dövlətin vətəndaşlarına veriləcək vizaların rüsumu müəyyənləşib.

Nazirlik vətəndaşa təşəkkür etdi

15 May 2018 07:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər bir vətəndaşı təbiəti mühafizə siyasətinə, ekoloji mədəniyyətə, təbii resursları qorumağa yönəldilən tədbirləri dəstəkləməyə, ətraf mühitə dair məsələlərdə fəallıq göstərərək həmrəy olmağa çağırır. Olaylar.az bildirir ki, nazirlik yaşıllıqların mühafizəsinə qayğıkeş münasibətinə və həyəcan təbili çaldığına görə Suraxanı rayonu Yeni Günəşli “A-B” yaşayış massivində yaşayan Rövşən Qafarova dərin təşəkkürünü bildirir, ətraf mühitin qorunmasında göstərdiyi vətəndaşlıq mövqeyini yüksək qiymətləndirir.

Hadisənin arxiv şəklini paylaşdı:  "Çox çirkin olub"

15 May 2018 07:50

"Fənərbahçe"nin keçmiş futbolçusu Serhat Akının müğənni Hadisə haqqında dediyi sözlər qalmaqala səbəb olub. Futbolçunun bir neçə gün öncə Hadisə haqda "Əvvəllər çox çirkin olub. Heç bəyənmirdim onu. Sonradan açıldı. Ərəb atlarına oxşadı" deməsi həm sənətçini, həm də onu sevənləri qəzəbləndirib.

Milli İncəsənət Muzeyində “Andeqraund. Yeni həyat” 

15 May 2018 07:49

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində “Andeqraund. Yeni həyat” adlı sərgi açılacaq. Sərgidə ötən əsrin 50-80-ci illərində böyük məhdudiyyətlərlə qarşılaşan və sovet dövrünün rəsmən qəbul edilmiş ideoloji “xətti” ilə üst-üstə düşməyən Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Əşrəf Murad, Qorxmaz Əfəndiyev, Mirnadir Zeynalov və digər rəssamların əsərləri nümayiş olunacaq. Təqdim olunan əsərlərdən bəziləri ilk dəfə sərgilənəcək.

Mahmud Abbas Fələstində 3 günlük matəm elan etdi

15 May 2018 07:47

Fələstin rəhbəri Mahmud Abbas İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edib. Bunu Mahmud Abbas Sky News Arabia televiziya ilə xalqa müraciətində deyib.

CAR İsraildəki səfirini geri çağırdı

15 May 2018 07:46

Cənubi Afrika Respublikası (CAR) Qəzzadakı baş verən hadisələrlə əlaqədar İsraildəki səfirini geri çağırıb. Bu haqda məlumatı CAR-ın Beynəlxalq münasibətlər və əməkdaşlıq nazirliyinin nümayəndəsi Nvidxuvo Mabaya bildirib.

Milli Məclisin ən çox maaş alan deputatlar - Siyahı

15 May 2018 07:44

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqlədikdən sonra deputatların maaşı artırılıb. Dəyişiklik mayın 1-dən qüvvəyə mindiyindən, deputatlar bu ayın maaşını artımla alacaqlar. Artımdan sonra ən çox maaş alacaq deputatların siyahısını təqdim edirik:

Universitetdə kitab sərgisi 

15 May 2018 07:42

Azərbaycan Dillər Universitetində təntənəli kitab sərgisi keçirilib. Sərgi ADU-nun Aleksandr Sergeyeviç Puşkin adına Rus dili Dövlət İnstitutu və “Dom russkoqo zarubejya imeni Aleksandra Soljenitsina”-Dövlət Mədəniyyət Müəssisəsi ilə əməkdaşlığı çərçivəsində baş tutub. Olaylar.az bildirir ki, sərgidə açılış nitqi ilə çıxış edən ADU-nun rektorunun elm və təhsil məsələləri üzrə müşaviri dosent Seyfəl Həsənov universitetdə belə bir sərginin təşkil edilməsini müsbət hal kimi qiymətləndirib və qonaqları iştirakçılara təqdim edib.