CAR İsraildəki səfirini geri çağırdı
Cənubi Afrika Respublikası (CAR) Qəzzadakı baş verən hadisələrlə əlaqədar İsraildəki səfirini geri çağırıb. Bu haqda məlumatı CAR-ın Beynəlxalq münasibətlər və əməkdaşlıq nazirliyinin nümayəndəsi Nvidxuvo Mabaya bildirib.
15 May 2018 07:46 DünyaCənubi Afrika Respublikası (CAR) Qəzzadakı baş verən hadisələrlə əlaqədar İsraildəki səfirini geri çağırıb.
Bu haqda məlumatı CAR-ın Beynəlxalq münasibətlər və əməkdaşlıq nazirliyinin nümayəndəsi Nvidxuvo Mabaya bildirib.
Onun sözlərinə görə, İsrailin son hücumlarının ciddiliyini nəzərə alınaraq CAR oradakı səfirini təcili geri çağırmaq barədə qərara qəbul edib.
"CAR hökuməti İsrail silahlı qüvvələri tərəfindən Qəzza zolağında həyata keçirilən qəddar təcavüz aktını ən qəti şəkildə pisləyir", - deyə nazirlik nümayəndəsi əlavə edib.
A24.Az