Rezai ABŞ ilə danışıqlar barədə xəbərləri yalanlayıb və Hörmüz boğazı ilə bağlı şərtləri açıqlayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-leytenant Mohsen Rezai "Al Mayadeen" telekanalına müsahibəsində ABŞ-nin Qətərdə danışıqların davam etdirilməsi və ya görüş keçirilməsi barədə iddialarını yalan adlandıraraq, bu bəyanatların neft qiymətlərini düşürmək və iqtisadi təzyiqi azaltmaq məqsədi daşıdığını bildirib. Rezai vurğulayıb ki, İran xalqın hüquqlarına əsaslanan 7 konkret şərt irəli sürüb və bu şərtlər tam yerinə yetirilməyincə Hürmüz boğazı açılmayacaq. O, həmçinin ABŞ-nin ilkin cavabının qeyri-qənaətbəxş olduğunu qeyd edib və ABŞ vitse-prezidenti Cey Di Venslə görüşə hazırlaşması barədə şayiələri təkzib edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31