Vuçiç: Serbiya Aİ-yə qoşulmaq istəyir, lakin müstəqilliyini və neytrallığını qorumaq istəyir- ÖZƏL
13:45 SiyasətBelqrad Avropa İttifaqına qoşulmağa can atır, lakin xarici siyasətini müstəqillik və hərbi neytrallıq üzərində qurmaq niyyətindədir. Olaylar.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.
Serbiya lideri Qoşulmama Hərəkatının ilk konfransının 65-ci ildönümünə həsr olunmuş görüşdə vurğulayıb ki, "Biz Avropa yolunu izləyirik, lakin siyasətimizi müstəqillik, hərbi neytrallıq, dialoq və dünyanın hər yerində əməkdaşlığın inkişafı prinsipləri əsasında formalaşdırırıq".
Vuçiç həmçinin qeyd edib ki, silahlı münaqişə, güclər arasında artan inamsızlıq, ticarət axınlarında pozuntular və iqlim dəyişikliyi dövründə təşkilatın ölkələri "ədalətli və azad beynəlxalq nizamın müdafiəsi üçün birləşib birlikdə dayanmalıdırlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31