ŞƏT sammitinin yekunlarına dair imzalanmış sənədlərin siyahısı açıqlanıb

Bu gün Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun sədrliyi ilə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları Şurasının iclasının yekunlarına dair bir sıra sənədlər imzalanıb.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, dövlət başçıları aşağıdakı sənədləri imzalayıblar:

- Şanxay Əməkdaşlıq Təşkilatının 25 illiyinə dair Bişkek Bəyannaməsi;

- 2002-ci il iyunun 7-də imzalanmış Şanxay Əməkdaşlıq Təşkilatının Xartiyasına dəyişiklik və əlavələrin edilməsi haqqında Protokol;

- Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin təhlükəsizlik sahəsində çağırış və təhdidlərə qarşı mübarizə üzrə Universal Mərkəzi haqqında Əsasnamə;

- Şanxay Əməkdaşlıq Təşkilatının Narkotiklərlə Mübarizə Mərkəzinin İcraiyyə Komitəsi haqqında Əsasnamə;

- 2030-cu ilədək Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin narkotik asılılığı ilə mübarizə üzrə qarşılıqlı fəaliyyət Proqramı;

- 2030-cu ilədək Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sintetik narkotiklərin və onların prekursorlarının yayılmasına qarşı mübarizədə tədbirlərin əlaqələndirilməsi üzrə Proqramı;

- 2026-2028-ci illər üçün Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə qarşılıqlı fəaliyyət Planı;

- Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin biomüxtəlifliyinin qorunması və dayanıqlı idarə olunması üzrə Təşəbbüs;

- 2026-2031-ci illər üçün Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin biomüxtəlifliyin qorunması və dayanıqlı idarə olunması üzrə birgə fəaliyyət Planı;

- 2026-2030-cu illər üçün Şanxay Əməkdaşlıq Təşkilatının "Yaşıl Texnoloji Dəhlizi"nin formalaşdırılması üzrə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əməkdaşlıq Proqramı (elmi-texnoloji əməkdaşlıq);

- 2026-2030-cu illər üçün Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin limanlarının və logistika mərkəzlərinin inkişafı üzrə Fəaliyyət Planı ("Yol xəritəsi");

- Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində regional məlumatların emalı mərkəzlərinin, hesablama güclərinin yaradılması və süni intellekt sənayesinin inkişafı Konsepsiyası;

- Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyi ilə Afrika İttifaqı Komissiyası arasında qarşılıqlı anlaşma Memorandumunun imzalanması haqqında;

- Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinin tərcümə ilə təminatı haqqında;

- Pakistan İslam Respublikasının Lahor şəhərinin 2026-2027-ci illərdə Şanxay Əməkdaşlıq Təşkilatının turizm və mədəniyyət paytaxtı elan edilməsi haqqında;

- "Şanxay Əməkdaşlıq Təşkilatının xoşməramlı səfiri" fəxri adı haqqında Əsasnaməyə dəyişikliklərin edilməsi haqqında;

- Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Şurasının qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında;

- Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibinin 2025-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyəti haqqında məruzəsi;

- Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturunun Şurasının Regional Antiterror Strukturunun 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi;

- Nüvə və fiziki nüvə təhlükəsizliyi naminə çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi haqqında Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Şurasının Bəyannaməsi;

- Enerjiyə qənaət və enerji səmərəliliyi sahəsində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi haqqında Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Şurasının Bəyanatı;

- Enerji sistemləri sahəsində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi haqqında Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Şurasının Bəyanatı;

- Ailə institutunun dəstəklənməsi və möhkəmləndirilməsi haqqında Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Şurasının Bəyanatı;

- Fövqəladə hallardan zərər çəkmiş dövlətlərə yardım göstərilməsi haqqında Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Şurasının Bəyanatı.

Həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Şurasının iclası çərçivəsində aşağıdakı sənədlər imzalanıb:

- 2010-cu il iyunun 11-də imzalanmış Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hökumətləri arasında cinayətkarlıqla mübarizədə əməkdaşlıq haqqında Sazişə dəyişiklik və əlavələrin edilməsi haqqında Protokol;

- Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hökumətləri arasında iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq haqqında Memorandum;

- Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hökumətləri arasında süni intellekt sahəsində qarşılıqlı fəaliyyət haqqında Memorandum;

- Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin səlahiyyətli qurumları arasında informasiya sahəsində qarşılıqlı fəaliyyət haqqında Memorandum.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31