"Vahid Milli Hərəkatı" Rusiya vətəndaşlarının Gürcüstana kütləvi gəlişinə etiraz edib – ÖZƏL
13:35 SiyasətOlaylar.az xəbər verir ki, "Vahid Milli Hərəkat" partiyasının İdarə Heyətinin sədri İrakli Pavlenişvili Tbilisi Beynəlxalq Hava Limanında keçirdiyi brifinqdə işğalçı ölkə olan Rusiyadan Gürcüstana kütləvi və nəzarətsiz axının olduğunu bildirib. O, hava limanını "Mordorun qapıları" adlandıraraq, 2022-ci ildən bəri ölkədə 40 minə yaxın Rusiya şirkətinin qeydiyyata alındığını və bunun yerli kiçik və orta biznes üçün ciddi problemlər yaratdığını vurğulayıb.
Pavlenişvili Moskva və Rusiyanın sənaye mərkəzlərinə uçuşların görünməmiş dərəcədə intensivləşməsinin sanksiyalardan yayınma şübhələri doğurduğunu və ölkədə sürətli ruslaşdırma təhlükəsi yaratdığını qeyd edib. Partiya rəsmisi vurğulayıb ki, gürcü vətəndaşları və yerli biznes yalnız Bidzina İvanişvili sisteminin ləğvindən sonra Rusiya təhlükəsindən qoruna biləcək.