Moskva Bişkek görüşü öncəsi optimistdir: Overçuk Putin-Paşinyan danışıqlarını şərh edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk "Yunaşev LIVE" kanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş ərəfəsində Moskva tərəfinin nikbin kökləndiyini bildirib. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdəki sammiti çərçivəsində təşkil olunan danışıqlar barədə sualı cavablandıran Overçuk: "Bizim əhval-ruhiyyəmiz həmişə yaxşıdır, həmişə optimist köklənmişik!", - deyə qeyd edib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirmişdi ki, Vladimir Putin və Nikol Paşinyan arasında sentyabrın 1-də Bişkekdə fərdi görüş planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31