Mançini rəsmən İtaliya millisində
15 May 2018 06:55 İdmanRoberto Mançininin İtaliya millisinə baş məşqçi təyinatı rəsmiləşib.
Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi Tvitter səhifəsi məlumat yayıb.
Mançini federasiya ilə müqavilə imzalayıb. Sözləşmənin müddəti və digər detalları açıqlanmasa da, daha əvvəl Mançinin 2 illik müqavilə imzalyacağı və ilinə 2 milyon avro qazanacağı haqda xəbərlər yayılmışdı.
Qeyd edək ki, "Fiorentina", "Latsio" "İnter", "Mançester Siti", "Qalatasaray" kimi klubları çalışdıran Mançini son olaraq "Zenit"in baş məşqçisi olub.
Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31