İsrail bu silahdan ilk dəfə istifadə etdi – VİDEO

Bu gün on minlərlə fələstinli ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi və Nekbe ("Böyük fәlakәt") gününün 70-ci ili münasibәtilә İsrail sərhədində - Qəzzanın "Əl-Bureyc" qaçqın düşərgəsi yaxınlığında toplanıb.

Fələstinlilərin Qəzza - İsrail sərhədində genişmiqyaslı nümayişlər keçirməsini istəməyən İsrail ordusunun açdığı atəş nəticəsində son məlumatlara görə, 43 nəfər ölüb, 1800-ə yaxını yaralanıb.

Xəbərə görə, İsrail ordusunun ən müasir silahlarından biri fələstinlilərə qarşı istifadə olunub. Qəzza sərhədində toplanan fələstinli nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etməsinə imkan verən pilotsuz uçuş aparatları uçub.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31