Gündəm
AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək
İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək. AMEA-dan POlaylar.az -a verilən məlumata görə, seçkilər Rəyasət Heyətinin Ümumi yığıncağında baş tutacaq.
Artur Rasi-zadə onu narahat edən problemdən DANIŞDI: "Məni çox darıxdırır"
Azərbaycan Respublikasının 6-cı baş naziri... Azərbaycan tarixində ən uzunömürlü məmur... Azərbaycanın dahi yazıçısı Hüseyn Cavidin qardaşı nəvəsi... Belə bir şəxslə hansı jurnalist həmsöhbət olmaq istəməz ki? Mən də uzun illər idi ki, hörmətli Artur Rasi-zadə ilə həmsöhbət olub, ondan qəzetimiz üçün müsahibə almaq istəyirdim. 22 il hökumətə rəhbərlik etsə də, üstəlik, daha əvvəllər mühüm vəzifələrdə çalışsa da, adı heç zaman korrupsiya məsələlərində, qruplaşmalarda, digər neqativ məsələlərdə hallanmayan Artur Rasi-zadə fenomen şəxsiyyət olaraq hər zaman maraqlı persona kimi diqqət mərkəzində olub.
İŞİD Lyejdəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb
İŞİD terror qruplaşması Belçikanın Lyej şəhərində 3 nəfərin ölümü və 2 nəfərin yaralanması ilə nəticələnən silahlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb. Bundan əvvəl Belçika prokurorluğu tərəfindən terror aktı versiyasının nəzərdən keçirildiyi bildirilirdi.
Zabit Səmədov Avropanın “Krallar Kralı” oldu
Rusiyanın paytaxtı Moskvada Jara Fight Show adlı kikboksinq turniri başa çatıb. Gecənin əsas döyüşlərindən biri azərbaycanlı Zabit Səmədovla fransız boksçu Fredi Kemayo arasında baş tutub. Beş raundun hamısı idmançımızın üstünlüyü şəraitində keçib. Görüşün bütün üç hakimi qələbəni Səmədova verib – 50:46. Bununla da o, ağır çəkidə King of Kings (Krallar kralı) versiyası üzrə Avropa çempionu olub.
Fotoqraflar Birliyində “Açıq qapı”
İyunun 2- də Azərbaycan Fotoqraflar Birliyində "açıq qapı" günü keçiriləcək. Olaylar.az bildirir ki, tədbirdə AFB üzvləri, peşəkar və həvəskar fotoqraflar dəvət olunurlar. "Açıq qapı" günün də Çelyabinskdə keçirilmiş Fotofest-2018 festivalında iştirak etmiş Rüfət Abas və Ayxan Əhmədov öz təsüratlarını bölüşəcəklər.
Azərbaycanda 1 yaşadək uşaqların əsas ölüm səbəbləri açıqlandı
Azərbaycanda 1 yaşadək olan uşaqların əsas ölüm səbəbləri açıqlanıb. 2017-cı ildə Azərbaycanda 1 yaşadək 1700 uşaq dünyasını dəyişib ki, onların 993-ü oğlan, 707-si qızdır. 2016-cı ildə ölkədə 999-u oğlan, 667-si qız olmaqla 1666 uşaq, 2015-ci ildə isə 1220-si oğlan, 813-ü qız olmaqla ümumilkdə 2033 nəfər 1 yaşadək uşaq dünyasını dəyişib.
Azərbaycanlı qadın “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir - FOTOLAR
İsmayıllı rayonunun Xanagah kənd sakini Mirəstə Nəbiyeva uzunluğu 4 metr olan sabun bişirib. İsmayıllı sakini bu vaxta qədər müxtəlif əl işləri hazırlayaraq rayon tədbirlərindəki sərgilərdə nümayiş etdirib. O, bu dəfə isə uzunluğu 4 metr, eni 63 sm, hündürlüyü 5 sm, çəkisi 500 kq olan sabun hazırlayıb.
SOS Uşaq Kəndində tibbi maarifləndirmə
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təcili və təxirəsalınmaz yardım üzrə eksperti Malik Abbasovun iştirakı ilə SOS Uşaq Kəndində “Təxirəsalınmaz ilkin tibbi yardım haqqında əsas bilgilər” mövzusunda tədbir keçirilib.
Polis sərnişini güllələdi
Almaniyanın Flenburq şəhəri yaxınlığında qatarda naməlum şəxs digər sərnişini bıçaqla yaralayıb. Hadisə yerinə gələn polis əməkdaşlarını görən silahlı polislərdən birinə hücum edib və yaralayıb. Digər polis əməkdaşı hücum edən şəxsi güllələyib.
Ronaldo həbs oluna bilər
İspaniyanın vergi orqanları Portuqaliya yığması və "Real"ın hücumçusu Kriştiano Ronaldonun vergidən yayınma işi üzrə həbs cəzasından yayınmaq üçün 14,7 milyon avro ödəmək haqqında təklifini rədd edib. Vergi xidməti istəyir ki, 33 yaşlı futbolçu borcu ilə yanaşı cərimələri, həmçinin faizləri və digər xərclər də daxil olmaqla ümumilikdə 28 milyon avro ödəsin. Ronaldu bu məbləği iyunun 15-dək ödəməlidir, əks təqdirdə Dünya çempionatı - 2018-dən sonra o, məhkəmə qarşısına çıxmalı olacaq.
KXDR-in emissarı Nyu-Yorka səfər etdi
Koreya Xalq-Demokratik Respublikası Əmək Partiyasının vahid cəbhə bölməsinin rəisi Kim Yon Çxol ABŞ - KXDR sammitinə hazırlıq üçün Nyu-Yorka səfər edib.
AXC-nin yüz illiyi İsa Məsih abidəsində
Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə sözügedən şəhərin rəmzi olan və şəhərin hər yerindən görünən İsa Məsih (Christo Redentor) abidəsində Azərbaycan Xalq Cumhuriyyətinin yüz illiyinə və Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının iyirmi beş illiyinə həsr edilmiş tədbir keçirilib.
Məmməd Əmin Rəsulzadə haqqında daha bir KİTAB
TEAS Press Nəşriyyat Evi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə dövlətçilik tarixinə dair kitabların nəşrini davam etdirir. Olaylar.az bildirir ki, bu günlərdə Cümhuriyyət tarixinə dair daha bir fundamental əsər – “Məmməd Əmin Rəsulzadə: siyasi portret” kitabı çapdan çıxıb. Kitab Azərbaycanın XX əsrdə yaşayıb-yaratmış ən parlaq tarixi simalarından biri olan Məmməd Əmin Rəsulzadənin həyatına və siyasi fəaliyyətinə həsr olunub. Tədqiqat əsərində Məmməd Əmin Rəsulzadənin siyasətə gəldiyi ilk günlərdən mühacirət həyatına qədər davam edən fəaliyyətinin müxtəlif dövrləri işıqlandırılır. Əsərdə onun keşməkeşli həyat sürməsinə baxmayaraq, son nəfəsinədək milli ideallar uğrunda prinsipial mübarizə aparması öz əksini tapıb.














