Gündəm
Elgiz efirdə Əli Mirəliyevi biabır etdi - VİDEO
O gün metroda olan uşaqlara surpriz... - Video
“Müxtəlif şəxslərlə əlaqə saxladım…” – Əliyev-Paşinyan görüşü barədə
Dağlıq Qarabağda Ermənistan ordusunun hərbçisi ölüb
Yumruq sıxarkən BAŞ BARMAĞA DİQQƏT: Haqqınızda hər şeyi deyir - FOTOLAR
Ermənilər türkdür? - Yəhudilər onların kökü ilə bağlı SENSASİYALI SİRLƏRİ AÇDI - FOTO
Ermənilərin milli kimliyi ilə bağlı zaman-zaman maraqlı informasiyalar yayılır. Növbəti maraqlı məlumatı Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey yayıb. G.Gülbey ermənilərin ulu babalarının türklər olduğunu deyib. “Tövratda diqqətçəkən bir hekayə var. Toqarma, yaxud da Torok adlı qövm bugünkü ermənilərin atası olan qövmdür. Torokun 8 oğlu olub, ən böyük oğlunun adı Hayos idi. Ermənilər özlərinə Hayosu (Hay) ata hesab edirlər.
Nazir Böyük Britaniyanın Azərbaycandakı səfirini qəbul etdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson və Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts arasında tanışlıq görüşü keçirilib.
Qərbi Hollivudda “Azərbaycan Milli Günü”
ABŞ-ın Kaliforniya ştatının Qərbi Hollivud şəhəri 28 may 2018-ci il tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Con Duran (John J. Duran) və Şəhər Şurasının üzvləri tərəfindən müvafiq bəyannamə imzalanıb. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.
Rəsmlər açıq səma altında çəkiləcək
İyunun 3-də İçərişəhərdə yerləşən “Art Tower” rəsm qalereyasında “İsveç Azərbaycan rəssamlarının gözü ilə” adlı plener keçiriləcək. Olaylar.az bildirir ki, Plener İsveçin ölkəmizdəki səfirliyinin təşəbbüsü, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq.
Nazir İctimai Ekoloji Şuranın üzvləri ilə görüşüb
Nazir Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın üzvləri ilə görüşüb. Olaylar.az bildirir ki, Şuranın üzvləri və fəaliyyəti ilə tanışlıq xarakteri daşıyan görüşdə perspektiv fəaliyyət istiqamətləri, ekoloji problemlərin həllində vətəndaş cəmiyyətinin rolu barədə ətraflı fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.
Əsəd “heyvan” adlandırılmasına cavab verdi
Suriya prezidenti Bəşər Əsədə Amerika lideri Donald Trampın onun ünvanına səsləndirdiyi təhqirlərə cavab verib. Suriya lideri “Russian Today” telekanalına müsahibəsində Tramp tərəfindən səsləndirilən təhqirlərə laqeyd yanaşdığını bildirib.
Vasif Akifli: “Anam yaşında arvadların ər davalarında mən bu gün istifadə olunuram”
Bunu açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sabiq koordinatoru Vasif Akifli Həcər Kəngərlinin Kəmalə Ağazadəyə qarşı qaldırdığı 7800 manatlıq dələduzluq ittihamından danışarkən deyib. Onun fikirincə, baş verən proseslərdə adının hallanmasına səbəb, Kəmalə Ağazadə ilə ailə dostu olmasıdır:
Kömür quyuları yaradan şəxslər məsuliyyətə cəlb edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib. Olaylar.az bildirir ki, Oğuz və İsmayıllı rayonlarında keçirilən reyd zamanı ağac kömürü hazırlanması məqsədilə həyətyanı torpaq sahələrində quyuların qazıldığı və qanunsuz yolla əldə olunmuş meşə materiallarından istifadə edildiyi aşkar olunub.
Sergey Lavrov Şimali Koreyadadır
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Şimali Koreyanın paytaxtı Phenyana gəlib. Phenyanda xarici işlər naziri Şimali Koreya XİN rəhbəri Li Yon Xo ilə görüşəcək. Görüş zamanı tərəflər ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə edəcəklər və Koreya yarımadasının ətrafındakı vəziyyətə, digər əsas beynəlxalq və regional problemlərə dair fikir mübadiləsi aparacaqlar.
Kinematoqrafçılar İttifaqı məqalə müsabiqəsinin vaxtını uzatdı
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun 120 illik yubileyi münasibətilə elan etdiyi “Azərbaycan kinosu: dünən, bu gün, sabah” adlı məqalə və resenziyalar müsabiqəsinin vaxtını uzadıb. Müsabiqəyə marağın çox olduğu nəzərə alınaraq vaxt bir ay uzadılıb. Müsabiqədə iştirak etmək istəyənlər məqalə və resenziyalarını iyun ayının sonunadək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına təqdim edə bilərlər.






.jpg)







