“Müxtəlif şəxslərlə əlaqə saxladım…” – Əliyev-Paşinyan görüşü barədə
31 May 2018 11:26 SiyasətErmənistan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların ATƏT-in Minsk qrupu formatında davam etdirilməsində maraqlıdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Xarici Işlər naziri Zoqrab Mnatsakanyan deyib.
Nazir məsələnin dinc yolla həllinin bölgədə təhlükəsizliyin təmin edilməsi baxımından da maraqlara uyğun olduğunu bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ehtimal olunan görüş barədə ona ünvanlanan suala Zoqrab Mnatsakanyanın cavabı belə olub:
"Hələlik tələsmək lazım deyil. Görüşün təşkil edilməsi ilə əlaqədar müxtəlif səlahiyyətli şəxslərlər telefon əlaqəsi saxladım. Bu səylər davam edəcək. Yaxın həftələrdə olmasa da, qarşıdakı aylarda bu, mümkün ola bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31