Zabit Səmədov Avropanın “Krallar Kralı” oldu

Rusiyanın paytaxtı Moskvada Jara Fight Show adlı kikboksinq turniri başa çatıb. Gecənin əsas döyüşlərindən biri azərbaycanlı Zabit Səmədovla fransız boksçu Fredi Kemayo arasında baş tutub. Beş raundun hamısı idmançımızın üstünlüyü şəraitində keçib. Görüşün bütün üç hakimi qələbəni Səmədova verib – 50:46. Bununla da o, ağır çəkidə King of Kings (Krallar kralı) versiyası üzrə Avropa çempionu olub.

Rusiyanın paytaxtı Moskvada Jara Fight Show adlı kikboksinq turniri başa çatıb.

Gecənin əsas döyüşlərindən biri azərbaycanlı Zabit Səmədovla fransız boksçu Fredi Kemayo arasında baş tutub.

Beş raundun hamısı idmançımızın üstünlüyü şəraitində keçib. Görüşün bütün üç hakimi qələbəni Səmədova verib - 50:46. Bununla da o, ağır çəkidə King of Kings (Krallar kralı) versiyası üzrə Avropa çempionu olub.

Bu, Zabit Səmədovun karyerası ərzində qazandığı 99-cu qələbə olub. Qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edən idmançıya çıxış etdiyi Çeçenistanın "Əhməd"klubu adından "Mercedes" avtomobili bağışlanıb.

Qeyd edək ki, bu görüşü "Veqas" zalında izləyənlər arasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov da olub. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31