KXDR-in emissarı Nyu-Yorka səfər etdi
Koreya Xalq-Demokratik Respublikası Əmək Partiyasının vahid cəbhə bölməsinin rəisi Kim Yon Çxol ABŞ - KXDR sammitinə hazırlıq üçün Nyu-Yorka səfər edib.
31 May 2018 06:27 DünyaKoreya Xalq-Demokratik Respublikası Əmək Partiyasının vahid cəbhə bölməsinin rəisi Kim Yon Çxol ABŞ - KXDR sammitinə hazırlıq üçün Nyu-Yorka səfər edib.
Yüksək rütbəli Pxenyan rəsmisi ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşəcək. Söhbət zamanı ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında planlaşdırılmış görüşün detalları müzakirə ediləcək.
Bu 2000-ci ildən etibarən ABŞ-a səfər edən ən yüksək rütbəli Pxenyan rəsmisidir. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31