AXC-nin yüz illiyi İsa Məsih abidəsində
Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə sözügedən şəhərin rəmzi olan və şəhərin hər yerindən görünən İsa Məsih (Christo Redentor) abidəsində Azərbaycan Xalq Cumhuriyyətinin yüz illiyinə və Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının iyirmi beş illiyinə həsr edilmiş tədbir keçirilib.
31 May 2018 06:26 Xarici siyasətBraziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə sözügedən şəhərin rəmzi olan və şəhərin hər yerindən görünən İsa Məsih (Christo Redentor) abidəsində Azərbaycan Xalq Cumhuriyyətinin yüz illiyinə və Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının iyirmi beş illiyinə həsr edilmiş tədbir keçirilib.
Olaylar.az bildirir ki, tədbirin açılışında İsa Məsih abidəsinin rəhbəri, Padre Omar Raposo de Souza çıxış edərək, Azərbaycan Respublikasının bu əlamətdar gün münasibəti ilə təbrik etmiş və Azərbaycanla Braziliya arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etməsini diləyib.
Səfir Elxan Poluxov, öz çıxışı zamanı, Azərbaycan haqqında, Xalq Cumhuriyyəti haqqında, müasir Azərbaycan və Braziliya ilə Azərbaycan arasında mövcud olan yaxın dostluq münasibətləri haqqında məlumat vermiş və tədbirin ərsəyə gəlməsində rolu olan, Rio de Janeyro şəhərinin Meri Marselo Krivello başda olmaqla meriyanın əməkdaşlarına, Fortaleza Santa Kruz hərbi dəniz qüvvələrinin orkestrinə və Padre Omar Raposo de Souzaya təşəkkürünü bildirmiş və ona Səfirlik tərəfində hazırlanmış təşəkkürnamə təqdim etmişdir.
Çıxışlardan sonra, Fortaleza Santa Kruz hərbi dəniz qüvvələrinin orkestri Azərbaycan Respublikasının Dövlət Himnini ifa etmiş, və İsa Məsih abidəsi Azərbaycan Respublikasının Dövlət Bayrağı rənglərində işıqlandırılmışdır.
Tədbirin yekununda, qeyd edilən orkestr tərəfindən, görkəmli azərbaycanlı - Müslüm Maqomayevin "Əziz Anam - Azərbaycan" mahnısı ifa edilib.