Gündəm

"O qədər itkilərim olub ki.." -  "Maşın"dan gedən Mətanət

7 İyun 2018 10:31

Xəbər verdiyimiz kimi, “Maşın” realiti-şousunu ötən gün aparıcı Mətanət Əliverdiyeva tərk edib. Aparıcı şoudan getməsi ilə bağlı bunları deyib: “Nə olsun ki, əsas insanın həyatı əldən getməsin. Maşını almaq da, satmaq da, onsuz gəzmək də olar. Əsas insanın öz ayaqlarıdır ki, onun üstə dayanmağı bacaraq. 

Bükülən akkumulyator hazırlanıb

7 İyun 2018 10:25

Çin alimləri elastik “ağıllı” elektronika üçün nəzərdə tutulmuş bükülən litium-kükürd akkumulyatoru üzərində işləyirlər. Maye elektrolitlərin bərk elektrodlara yapışdırılması yolu ilə hazırlanan ənənəvi batareyalardan fərqli olaraq yeni batareyalarda elektrolitlər 3D-şəbəkələri formalaşdıran ultranazik metal lövhələrə yerləşdirilir.

Beynəlxalq Muğam Mərkəzində VIII Şairlər Günü 

7 İyun 2018 10:22

Beynəlxalq Muğam Mərkəzində VIII Şairlər Günü ilə bağlı tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirə dünyanın müxtəlif ölkələrindən qələm adamları, eyni zamanda, Milli Məclisin deputatları, ədəbi ictimaiyyətin nümayəndələri qatılıb. Azərbaycanın və Türkiyənin dövlət himnlərinin ifası ilə başlayan mərasimdə bu il anadan olmasının 110 illik yubileyinin qeyd edildiyi Mikayıl Müşfiqin həyat və yaradıcılığına dair film göstərilib.

Aygün Alla Puqaçovanın stilistini seçdi - Fotolar

7 İyun 2018 10:20

Rusiyanın tanınmış stilisti Əlişir Bakının qonağı olub. O, xalq artisti Aygün Kazımova ilə bir araya gəlib. Stilist müğənnini dünyanın məşhur ulduzlarına bənzədib. Əlişir və Kazımova müğənninin layihələrindən birində birlikdə çalışmaq qərarına gəliblər.

Teymur Əmraha ağır itki

7 İyun 2018 10:18

Ədən körfəzində azı 46 miqrant öldü

7 İyun 2018 10:02

Bu gün 46 efiopiyalı miqrant Ədən körfəzini keçmək istəyərkən həyatını itirib. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının mətbuat katibi Leonard Doyl bildirib. “Əməkdaşlarımızdan suda batan 37 kişi və 9 qadın barədə məlumat almışıq. Daha 16 nəfər itkin düşüb. Onların sağ qalma ehtimalı çox azdır”, deyə L.Doyl qeyd edib.

Leyla Əliyeva bibisi oğlu ilə Qobustanda - Fotolar

7 İyun 2018 09:59

Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qobustan tarixi qoruğunda olub.  L.Əliyeva fotolarını sosial media hesabında yerləşdirib.

Santa Monika şəhərində  “Azərbaycan Milli Günü” 

7 İyun 2018 09:57

ABŞ-ın Kaliforniya ştatının Santa Monika şəhəri 28 may 2018-ci il tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Ted Vinterer (Ted Winterer) tərəfindən müvafiq bəyannamə imzalanıb. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Trampla Kardaşyanın görüş səbəbi bilindi - Ömürlük həbs

7 İyun 2018 09:55

Bir müddət əvvəl məşhur ulduz Kim Kardaşyanın Amerika prezidenti Donald Trampla görüşünəticə verib. Kardaşyan görüş zamanı narkotik üstündə tutulan 63 yaşlı Alis Meri Consonun əfv edilməsini xahiş edib. Tramp porno ulduzun xahişini yerinə yetirib və ömürlük həbs cəzası almış həmin məhkumun cəzasını yüngülləşdirib.

Lütfiyar İmanov xatırlandı

7 İyun 2018 09:53

Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində görkəmli sənətkar, klassik opera müğənnisi Lütfiyar İmanovun anadan olmasının 90 illiyinə həsr edilmiş anma tədbiri keçirilib. Olaylar.az bildirir ki, muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova müğənninin həyat və fəaliyyətindən söz açıb.

Diqqət: Güclü maqnit qasırğası gəlir

7 İyun 2018 09:50

Rusiyanın Lebedev adına Fizika institutunun rentgen laboratoriyası maqnit qasırğasının yaxınlaşması ilə bağlı xəbərdarlıq edib. Qasırğanın iyunun 28-də bütün Yer planetini əhatə edəcəyi deyilir.

Cümhuriyyətin 100 illiyinə həsr edilən “Birinci dubldan” təqdim edildi

7 İyun 2018 09:48

Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Birinci dubldan” (“S pervoqo dublya”) sənədli filminin təqdimatı olub. Filmin ssenari müəllifi və rejissoru Oleq Şommer, baş prodüseri Leyla Əliyevadır. Olaylar.az bildirir ki, filmin nümayişindən əvvəl çıxış edən Oleq Şommer bu ekran əsərini təqdim etməkdən böyük şərəf duyduğunu bildirib. 

17 yaşlı gənc özünü körpüdən atdı

7 İyun 2018 09:44

Abşeronda gənc oğlan intihara cəhd edib. Hadisə Bakı-Sumqayıt şosesində baş verib. 2001-ci il təvəllüdlü Bəxtiyarlı Şahlar Özbəy oğlu özünü Xırdalan şəhəri ərazisində yerləşən körpüdən yerə atıb.

Şikayət yerində araşdırıldı

7 İyun 2018 09:41

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Araz küçəsi 3 ünvanında fəaliyyət göstərən müəssisə tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayət Nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb. Olaylar.az bildirir ki, araşdırma zamanı havaya tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Buz Metal” MMC tərəfindən atıldığı müəyyən edilib. Atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının artıq olduğu məlum olub.

Təcavüz etdiyi deyilən aktyordan açıqlama

7 İyun 2018 09:39

“Yasak elma” serialının aktyoru Talat Bulutun 19 yaşlı qıza təcavüz etməsi xəbəri bir müddətdir gündəmdən düşmür. Aktyor susqunluğunu pozaraq açıqlama verib: