Beynəlxalq Muğam Mərkəzində VIII Şairlər Günü 

Beynəlxalq Muğam Mərkəzində VIII Şairlər Günü ilə bağlı tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirə dünyanın müxtəlif ölkələrindən qələm adamları, eyni zamanda, Milli Məclisin deputatları, ədəbi ictimaiyyətin nümayəndələri qatılıb. Azərbaycanın və Türkiyənin dövlət himnlərinin ifası ilə başlayan mərasimdə bu il anadan olmasının 110 illik yubileyinin qeyd edildiyi Mikayıl Müşfiqin həyat və yaradıcılığına dair film göstərilib.

Beynəlxalq Muğam Mərkəzində VIII Şairlər Günü ilə bağlı tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirə dünyanın müxtəlif ölkələrindən qələm adamları, eyni zamanda, Milli Məclisin deputatları, ədəbi ictimaiyyətin nümayəndələri qatılıb.

Azərbaycanın və Türkiyənin dövlət himnlərinin ifası ilə başlayan mərasimdə bu il anadan olmasının 110 illik yubileyinin qeyd edildiyi Mikayıl Müşfiqin həyat və yaradıcılığına dair film göstərilib.

Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar layihənin səkkiz ildir davam etməsini ədəbiyyatın və mütaliənin təbliği baxımından müsbət hal kimi dəyərləndirib. Anar bildirib ki, Şairlər Gününün nakam şair Müşfiqin xatirəsinə həsr olunmasının xüsusi mənası var.

Layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Şairlər Günü haqqında geniş məlumat verib. O bildirib ki, layihəyə təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə də böyük maraq var. Hər il dünyanın müxtəlif ölkələrindən gələn qələm sahibləri Azərbaycan ədəbiyyatı və mədəniyyəti haqqında ətraflı məlumat alır, azərbaycanlı yazıçıların yaradıcılığı ilə yaxından tanış olurlar.

Milli Məclisin deputatı Jalə Əliyeva, Qənirə Paşayeva, Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Peşə Birliyinin sədri Mehmet Nuri Parmaksız və başqaları tədbir haqqında fikirlərini bölüşüb, Şairlər Gününün təşkilini yüksək qiymətləndiriblər.

Sonda builki "Mikayıl Müşfiq" mükafatları sahiblərinə təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31