Lütfiyar İmanov xatırlandı

Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində görkəmli sənətkar, klassik opera müğənnisi Lütfiyar İmanovun anadan olmasının 90 illiyinə həsr edilmiş anma tədbiri keçirilib. Olaylar.az bildirir ki, muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova müğənninin həyat və fəaliyyətindən söz açıb.

Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində görkəmli sənətkar, klassik opera müğənnisi Lütfiyar İmanovun anadan olmasının 90 illiyinə həsr edilmiş anma tədbiri keçirilib.

Olaylar.az bildirir ki, muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova müğənninin həyat və fəaliyyətindən söz açıb.

Muzeyin şöbə müdiri Xanım Abdinova bildirib ki, L.İmanov milli musiqinin inkişafında müstəsna xidmətləri olan sənətkarlardandır. Xalq Artisti Canəli Əkbərov L.İmanovun yaradıcılığının yeni sənətkarlar nəsli üçün örnək olduğunu, onun əməyinin dövlətimiz tərəfindən layiqincə dəyərləndirildiyini söyləyib. Sənətkarın Azərbaycan SSR Ali Sovetinin deputatı seçildiyini, ölkəmizin ən şərəfli mükafatı olan "İstiqlal" ordeni ilə təltif olunduğunu bildirib.

Əməkdar Artist Bəsti Sevdiyeva müəllimi kimi onun müsbət xüsusiyyətlərindən danışıb. Bildirilib ki, L.İmanov 2008-ci il yanvarın 21-də Bakıda dünyasını dəyişib, Fəxri xiyabanda dəfn olunub.

Sənətkarın ailəsi adından oğlu Rauf İmanov çıxış edərək atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31