Bükülən akkumulyator hazırlanıb

Çin alimləri elastik “ağıllı” elektronika üçün nəzərdə tutulmuş bükülən litium-kükürd akkumulyatoru üzərində işləyirlər. Maye elektrolitlərin bərk elektrodlara yapışdırılması yolu ilə hazırlanan ənənəvi batareyalardan fərqli olaraq yeni batareyalarda elektrolitlər 3D-şəbəkələri formalaşdıran ultranazik metal lövhələrə yerləşdirilir.

Çin alimləri elastik "ağıllı" elektronika üçün nəzərdə tutulmuş bükülən litium-kükürd akkumulyatoru üzərində işləyirlər.

Maye elektrolitlərin bərk elektrodlara yapışdırılması yolu ilə hazırlanan ənənəvi batareyalardan fərqli olaraq yeni batareyalarda elektrolitlər 3D-şəbəkələri formalaşdıran ultranazik metal lövhələrə yerləşdirilir.

Çin Elmlər Akademiyası yanında Dalyan Kimyəvi Fizika İnstitutunun alimi Çjan Xunçjan bildirib ki, yeni akkumulyatorlar daha sabit və elastikdir, bükülmə və əyilmə zamanı enerji yükünü yaxşı saxlayır.

Bu kimi batareyalar yüngül və yüksək enerji sıxlığına, istehsal baxımından qənaətcil və kütləvi istehsal perspektivlərinə malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31