Gündəm

Qadının hesabından pulu cıxarıb kartı çantasına qoydu

7 İyun 2018 15:49

yunun 5-də Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Göyçay rayon sakini P.Arazxanova mayın 30-da paytaxt ərazisindəki bankomatların birindən hesabındakı 178 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.

Yerli ulduzların özləri qədər məşhur qohumları

7 İyun 2018 15:48

Şou-biznes nümayəndələrindən bəzilərinin bir-biri ilə qohumluq münasibəti var. Onlardan bir çoxu bacı-qardaş, bir çoxu ər-arvaddır, bəzilərinin isə müxtəlif qohumluq əlaqələri var. Qohum olan tanınmışlardan bir neçəsini təqdim edir:

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlandı

7 İyun 2018 15:48

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz Vaneo CDI" markalı minikavtomobili ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

Azərbaycanın diplomatik uğurları Ermənistanı uçuruma sürükləyi

7 İyun 2018 15:47

Dağlıq Qarabağ probleminin həlli istiqamətində qeyri-müəyyənlik qalmaqdadır. Cari ilin əvvəlindən işğalçı ölkədə yaşanan daxili siyasi proseslər və hakimiyyət dəyişikliyi problemin həlli istiqamətində aparılan danışıqlar prosesini demək olar ki, dalana dirəyib. Eyni zamanda inqilab yolu ilə hakimiyyəti zəbt edən Nikol Paşinyanın problemin həllində aqressivlik nümayiş etdirməsi, danışıqlar prosesindən yayınma cəhdi də tərəflər arasında müzakirələrin ertələnməsinə gətirib çıxarıb.

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün hazırlıq işləri başa çatıb

7 İyun 2018 15:45

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı bütün zəruri hazırlıq işlərini başa çatdırıb.

"Nə olsun, mən də yetiməm"

7 İyun 2018 15:45

Bir müddətdir müğənnilər Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasında qalmaqal yaşanır.  Vəfa “Hər şey daxil" verilişində Şəbnəmin ünvanına “Prodüserə demişəm ki, bəzi adlar var, onlarla eyni verilişə çıxmaq istəmirəm. Mənim hər şeydən önəmli sərvətim adımdır. İstəmərəm ki, mənim adım səhnəmizin üz qaraları ilə bir arada çəkilsin” sözlərini deyib.

Musiqili Teatrda həftəsonu

7 İyun 2018 15:43

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir. Olaylar.az bildirir ki, teatr 8 iyun saat 19:00-da “Kimdir müqəssir?” (Ə.Haqverdiyev), 9 iyun saat 19:00-da “Qızıl toy” (O.Kazımi, R.Heydər) və 10 iyun saat 19:00-da “Baladadaşın toy hamamı” (Elçin) tamaşalarını təqdim edəcək.

Kür çayında daha bir nəfər batıb

7 İyun 2018 15:39

Kür çayında bir nəfər batıb.

İçdiyimiz suya, görün, nə axıdırlarmış - Nazirlik

7 İyun 2018 15:35

Ceyranbatan Dəmir-Beton ASC və heyvandarlıq təsərrüfatından tullantılar Ceyranbatan Su Anbarına axıdılırmış.

Əbülfəs Qarayevin müavinlərinin sayı azaldıldı

7 İyun 2018 15:32

Azərbaycanın mədəniyyət nazirinin 3 müavini olacaq.

Azərbaycanlı müğənni ən bahalı əşyasının qiymətini dedi – 10 min dollara… – VİDEO

7 İyun 2018 15:28

Tarix Əliyevin aparıcılıq etdiyi “Hər şey daxil” verilişində maraqlı anlar yaşanıb. Tolik qonaqlarına “Ən çox pulu hansı əşyaya, geyimə, aksesuara vermisiniz” sualı ünvanlayıb. Bu zaman müğənni Nurlan Növrəsli ən bahalı geyiminin pencək olduğunu və ona 1000 manat verdiyini deyib.

Hərbi təyinatlı məhsullarımız Fransada nümayiş etdiriləcək

7 İyun 2018 15:24

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar iyunun 11-dən 15-dək Fransanın Paris şəhərində keçiriləcək Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində - "EUROSATORY-2018”də nümayiş etdiriləcək.