Kür çayında daha bir nəfər batıb

Kür çayında bir nəfər batıb.

Kür çayında bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonu, Meyniman kəndi ərazisində Kür çayında 2007-ci il təvəllüdlü Zərbalıyev Davud Pirverdi oğlu batıb. Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31