Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlandı

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz Vaneo CDI" markalı minikavtomobili ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz Vaneo CDI" markalı minikavtomobili ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, nəqliyyat vasitəsinin alt hissəsində, xüsusi hazırlanmış saxlanc yerində 18 ədəd "36 Silver Chrysanthemum" və 16 ədəd "Roman Candle" markalı pirotexniki vasitələr aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31