Gündəm

Onlayn sınaq imtahanları keçirildi

9 İyun 2018 21:05

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının ikinci mərhələsi üzrə onlayn sınaq imtahanları keçirilib.

Axtarışda olan 43 ölkə vətəndaşı SAXLANILDI

9 İyun 2018 10:59

Daxili İşlər Nazirliri iyun ayının 8-dən 9-dək respublikada qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Sənin baxışın - Müsabiqə

9 İyun 2018 10:57

İyunun 11- də Xətai Sənət Mərkəzinin Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakultəsinin “The Same” komandası və həmin Universitetin Dizayn Departamenti  təşkilatçılığı ilə birgə elan etdiyi “Sənin Baxışın” adı altında rəsm müsabiqəsinin yekun tədbiri keçiriləcək.

BMT-nin baş katibi Moskvaya səfər edəcək

9 İyun 2018 10:50

BMT-nin baş katibi Antoniu Quterreş Moskvaya səfər edəcək. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Sabiq prezident: “Bu, ciddi narahatlıq yaradır”

9 İyun 2018 10:36

Biz Trampın administrasiyasının siyasətini ciddi tənqid etdik. Biz düşünürdük ki, cənab Tramp seçki qabağı təbliğat məqsədilə Meksika ilə sərhəddə divar hörmək haqında düşünür. Ancaq sonra ortaya çıxdı ki, bu təbliğat yox, həqiqətdir. Əlbəttə, bu ciddi narahatlıq yaradır. Bu fikirləri Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində çıxışı zamanı Boliviyanın sabiq prezidenti Yorqe Quiroqa deyib.

Üçgünlük atəşkəs elan edildi: "Taliban"terrorçuları tərəfindən 

9 İyun 2018 10:34

Əfqanıstan hökumətindən sonra “Taliban” hərəkatı da Ramazan Bayramı münasibətilə üçgunlük atəşkəs elan edib.  Bu barədə  Əfqanıstanın “Pajhwok” agentliyinə istinadən məlumat verir.

Avtomobilini satmasının səbəbi bilindi - Ölkəni tərk edir

9 İyun 2018 10:32

"Maşın" realiti-şousunun iştirakçısı Pərvin Abıyeva avtomobilini satışa qoyub. Aktrisanın "Porsche Cayenne" markalı maşınının fotoları elan saytlarının birində paylaşılıb. Aktrisa xəbəri bu gün "Maşın" şounun pavilyonunda jurnalistlərlə baş tutan görüşdə təsdiqləyib. P.Abıyevanın sözlərinə görə, o, avtomobili yarışmaya gəlməzdən əvvəl satışa qoyub:

Diqqət: Bunu edən sürücülər cərimələnə bilər!

9 İyun 2018 10:29

Azərbaycanda avtomobillərə qaz avadanlıqlarının quraşdırılması kütləvi şəkildə yayılıb. Yanacaq puluna qənaət etmək məqsədi ilə ölkəmizdə sürücülər avtomobilə qaz avadanlığı quraşdırır. Qanunvericiliyə görə, bu dəyişikliyi mütləq avtomobilin texniki pasportunda göstərmək lazımdır. Əks halda bunu edən sürücü cərimlənə bilər.

Oklahoma ştatında Azərbaycan Günü 

9 İyun 2018 10:26

Oklahoma ştatının qubernatoru Meri Fallin (Mary Fallin) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bəyannamə imzalamışdır. Olaylar.az bildirir ki, bəyannamədə 1917-ci il Rus inqlabından sonra 1918-ci il 28 may tarixində Azərbaycan öz müstəqilliyini elan etməklə Azərbaycan Demokratik Respublikasını qurduğu bildirilir. Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və Sovet Birliyi dağıldıqdan sonra 1991-ci il 18 oktyabr tarixində yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Güclü qasırğa 30 can aldı

9 İyun 2018 10:24

Hindistanın Uttar-Pradeş ştatında azı 30 nəfər güclü tufanla müşahidə olunan leysan yağışları və qasırğalı külək nəticəsində həlak olub, daha 20 nəfər ciddi xəsarət alıb.

Milli Qurtuluş Günü - Astarada

9 İyun 2018 10:23

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evinin və Astara Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Bizə Qurtuluş bəxş etmiş dahi” mövzusunda sərgi və tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıb. Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Uşaqlar hesabat verdilər

9 İyun 2018 10:19

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirib.

Prezident: "Təcavüzə son qoyulması üçün beynəlxalq təşkilatlar heç bir tutarlı addım atmayıb"

9 İyun 2018 10:16

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansı sammitinin iştirakçılarına təbrik məktubu ünvanlayıb. Məktubu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.

Elmi dərəcəsi olanların NƏZƏRİNƏ: Maaşlarınız ARTIRILDI

9 İyun 2018 10:14

Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”nin cədvəli yeni redaksiyada təsdiq edib.