Sənin baxışın - Müsabiqə
İyunun 11- də Xətai Sənət Mərkəzinin Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakultəsinin “The Same” komandası və həmin Universitetin Dizayn Departamenti təşkilatçılığı ilə birgə elan etdiyi “Sənin Baxışın” adı altında rəsm müsabiqəsinin yekun tədbiri keçiriləcək.
9 İyun 2018 10:57 Mədəniyyətİyunun 11- də Xətai Sənət Mərkəzinin Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakultəsinin "The Same" komandası və həmin Universitetin Dizayn Departamenti təşkilatçılığı ilə birgə elan etdiyi "Sənin Baxışın" adı altında rəsm müsabiqəsinin yekun tədbiri keçiriləcək.
Olaylar.az bildirir ki, 45 dən artıq sənət əsərləri nümayiş olunacaq sərgidə Xəzər Universitetinin qurucusu Hamlet İsaxanlı və bir neçə xalq rəssamları çıxış edəcəklər. Münsiflər heyyəti tərəfindən təyin olunan qaliblərə hədiyyələr veriləcək.
Qeyd edək ki, "Sənin Baxışın" adı altında rəsm müsabiqəsinin yekun tədbiri 11 iyun 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.