Milli Qurtuluş Günü - Astarada

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evinin və Astara Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Bizə Qurtuluş bəxş etmiş dahi” mövzusunda sərgi və tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıb. Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evinin və Astara Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Bizə Qurtuluş bəxş etmiş dahi" mövzusunda sərgi və tədbir keçirilib.

Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıb. Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Astara Heydər Əliyev Mərkəzi fondunun baş mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə edib. Bildirib ki, görkəmli dövlət xadimi, bütün türk dünyasının nadir tarixi simalarından olan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrilib. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini qoruyub və onu daimi, əbədi, sarsılmaz, dönməz edib. Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılıb və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti var. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli liderin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.

Tədbirdə Astara Tarix-Diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova, Astara rayon Pedaqoji Kollecin müəllimi Elçin Mahmudov və Astara Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova çıxış ediblər.

İştirakçılara "Azərbaycan xalqının Milli Qurtuluş Günü" mövzusunda sənədli film nümayiş olunub, Astara Bilik Evinin "Rəssamlıq" dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31