BMT-nin baş katibi Moskvaya səfər edəcək

BMT-nin baş katibi Antoniu Quterreş Moskvaya səfər edəcək. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

BMT-nin baş katibi Antoniu Quterreş Moskvaya səfər edəcək.

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində A.Quterreş Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

"Baş katib həmçinin iyunun 20-də "Lujniki" stadionunda Portuqaliya-Mərakeş matçını izləyəcək", deyə S.Düjarrik qeyd edib.

Qeyd edək ki, futbol üzrə XXI dünya çempionatı Rusiyada iyunun 14-dən iyulun 15-dək keçiriləcək. //APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31