Gündəm
Nazir Hindistanın Azərbaycandakı səfirini qəbul etdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana arasında tanışlıq görüşü keçirilib.
Premyera - “Tənbəl Əhməd”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Tənbəl Əhməd” adlı yeni tamaşanın premyerası keçirildi. Olaylar.az bildrir ki, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunan “Tənbəl Əhməd” adlı səhnə əsəri gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi yüksək insani keyfiyyətləri aşılayır. İlk tamaşa məktəblilər tərəfindən böyük maraqla qarşılanmış, xalq nağılının qəhrəmanının səhnədəki sərgüzəştləri və obrazı kiçik yaşlı məktəblilərin sevgisini qazana bilib.
İranda qasırğa: 18 nəfər xəsarət aldı
İranın Tehran əyalətində güclü yağış və qasırğa nəticəsində azı 18 nəfər xəsarət alıb. Bu barədə əyalətin qəza-xilasetmə xidmətinə istinadən IRNA məlumat yayıb. Agentliyin məlumatına görə, Tehran əyalətində güclü yağışlar və qasırğa bazar ertəsi axşam olub. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.
Azərbaycanda məmur ailəsində ağır itki-FOTO
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadəyə ağır itki üz verib. Onun bacısı Əliyyə xanım ötən gün vəfat edib.
Nazirlik MMC-nin direktorunu cərimələdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Araz küçəsi 3 ünvanında fəaliyyət göstərən müəssisə tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayət Nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb. Olaylar.az bildirir ki, araşdırma zamanı havaya tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Buz Metal” MMC tərəfindən atıldığı müəyyən edilib. Atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının artıq olduğu məlum olub.
Məşhur azərbaycanlı jurnalist dinini dəyişdi- FOTOLAR
Məşhur azərbaycanlı jurnalist Aynur Talıbova rəsmi olaraq dinini dəyişdiyini, Xristianlıq dinini və İsa məsihi qəbul etdiyini elan edib. Bu haqda özü məlumat verib.
Yucin Qrin Azərbaycanla bağlı bəyanat verdi
ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsinin üzvü, Demokratlar partiyasından Texas ştatını təmsil edən Yucin Qrin Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ilə bağlı bəyanat verib. Olaylar.az bildirir ki, konqresmen bəyanatda ilk öncə, Azərbaycana və bütün Azərbaycanlılara 100 illik münasibətilə təbriklərini izhar edir.
Doğuş zamanı daha bir ana ölümü Siyəzəndə YAŞANDI
Siyəzən rayonunda ana ölümü baş verib. Rayon sakini Aytən Qasımova ötən gün Siyəzən Regional Diaqnostika Mərkəzinin doğum şöbəsinə yerləşdirilib.
Universitetdə auksion
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Böyük səhnə” zalında Rəssamlıq fakültəsinin “Sənətşünaslıq” ixtisasının IV kurs tələbələrinin “Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrası”nın müəllimi Dilarə Müzəffərlinin rəhbərliyi ilə hazırladıqları Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş xeyriyyə məqsədilə növbəti açıq ingilis üsulu auksion keçirilib.
Kim Çen In və Donald Tramp sənədi imzaladılar
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında Sinqapurda keçirilən görüşün yekunlarına dair sənəd imzalanıb.
Ərdoğandan ABŞ-a SƏRT CAVAB: "Alacağıq, istifadə edəcəyik"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiyadan alacağı S-400 havadan müdafiə sistemi haqqında “alın, amma istifadə etməyin” deyən ABŞ-a sərt cavab verib. Ərdoğan “Oyun oynamağa halmız yoxdur, ABŞ-ın əlinəmi baxacağıq? Alacağıq və istifadə edəcəyik” sözlərini deyib.
BMT-dən Tramp və Kimə çağırış: "Fürsəti əldən verməyin"
Bu gün baş tutacaq Tramp-Kim görüşündə tərəflər ötən il təhlükəli həddə çatan vəziyyəti düzəltməyə çalışacaq. Ortaq məqsəd sülh və nüvə tərksilahı olmalıdır.
Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” kitabı Daşkənddə özbək dilində çap edilib
Tanınmış şairə Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” kitabı Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında özbək dilində nəşr edilib. Kitab “İstiqlal-nuri” nəşriyyatında çap olunub.
Dövlət Dəniz Agentliyinə direktor təyin olundu
Qüdrət Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru təyin edilib.













.jpg)
