Ərdoğandan ABŞ-a SƏRT CAVAB: "Alacağıq, istifadə edəcəyik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiyadan alacağı S-400 havadan müdafiə sistemi haqqında “alın, amma istifadə etməyin” deyən ABŞ-a sərt cavab verib.  Ərdoğan “Oyun oynamağa halmız yoxdur, ABŞ-ın əlinəmi baxacağıq? Alacağıq və istifadə edəcəyik” sözlərini deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiyadan alacağı S-400 havadan müdafiə sistemi haqqında "alın, amma istifadə etməyin" deyən ABŞ-a sərt cavab verib.

Ərdoğan "Oyun oynamağa halmız yoxdur, ABŞ-ın əlinəmi baxacağıq? Alacağıq və istifadə edəcəyik" sözlərini deyib.

TGRT kanalının xəbərlər proqramının canlı yayımında qonaq olan prezident ABŞ-dan alınacağı planlaşdırılan F-35 qırıcıları ilə bağlı da fikirlərini bildirib. O, Türkiyənin F-35 mövzusunda üzərinə düşən məsuliyyəti yerinə yetirəcəyini, ABŞ-ın geri çəkilməsi halında isə hüquqi yollara baş vuracağını söyləyib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31