Nazir Hindistanın Azərbaycandakı səfirini qəbul etdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana arasında tanışlıq görüşü keçirilib.
12 İyun 2018 10:36 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana arasında tanışlıq görüşü keçirilib.
Olaylar.az bildirir ki, görüş zamanı Azərbaycan ilə Hindistan arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi, ekoloji monitorinq sahəsində və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31