Universitetdə auksion
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Böyük səhnə” zalında Rəssamlıq fakültəsinin “Sənətşünaslıq” ixtisasının IV kurs tələbələrinin “Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrası”nın müəllimi Dilarə Müzəffərlinin rəhbərliyi ilə hazırladıqları Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş xeyriyyə məqsədilə növbəti açıq ingilis üsulu auksion keçirilib.
12 İyun 2018 10:13 MədəniyyətAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Böyük səhnə" zalında Rəssamlıq fakültəsinin "Sənətşünaslıq" ixtisasının IV kurs tələbələrinin "Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrası"nın müəllimi Dilarə Müzəffərlinin rəhbərliyi ilə hazırladıqları Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş xeyriyyə məqsədilə növbəti açıq ingilis üsulu auksion keçirilib.
Olaylar.az bildirir ki, tədbridə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, icra hakimiyyəti nümayəndələri, iş adamları, Universitetin Tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. İlk olaraq qonaqlar hərraca çıxarılacaq əsərlərdən ibarət sərgi ekspozisiyası ilə tanış olublar. Daha sonra "Rəngkarlıq və qrafika", "Dizayn və dekorativ-tətbiqi sənət" kateqoriyaları üzrə Rəssamlıq fakültəsində təhsil alan tələbələrin müxtəlif mövzuda və texnikada yaradılmış 50 əsəri hərraca çıxarılıb. Təqdim olunan əsərlərin 48-nin satışı həyata keçib.
Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fələsəfə doktoru Sevil Kərimova çıxış edərək bildirib ki, tədbir Rəssamlıq fakültəsində tədris edilən "Sərgi və auksion işinin təşkili" fənninin hesabatıdır və satışdan əldə olunan məbləğ xeyriyyə məqsədilə istifadə olunacaqdır. Sonda Universitetin Tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova, icra hakimiyyəti nümayəndələrinə, iş adamlarına və digər qonaqlara xeyriyyə məqsədilə keçirilən auksionda iştirak etdiklərinə və dəstək olduqlarına görə dərin minnətdarlığını bildirib.