Gündəm
Türkiyə və ABŞ prezidentləri görüşəcək
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında görüş olacaq. Türkiyədə keçirilən növbədənkənar seçkilərin nəticələrindən sonra ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşə hazırlaşır.
Paşinyan: "Qarabağ məsələsinin güc yolu ilə həlli mümkünsüzdür"
Qanunsuz balıq ovu edən şəxs saxlanılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qoruq rejiminə əməl olunması vəziyyətini araşdırmaq məqsədilə Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib. Reyd zamanı Neftçala rayon sakini İlham Rüstəmov qoruq ərazisində balıq ovu edərkən saxlanılıb və ondan 7 ədəd çəki balığı, 2 ədəd axçalı balıq toru götürülüb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib və balıq ehtiyatlarına vurulan ziyana görə 462 manat məbləğində iddia qaldırılıb.
İsveçdə yeni trend: ələ ödəniş çipi yerləşdirilir - Video
“Ordum varsa, yurdum var!” sərgisi təqdim olundu
Milli Azərbaycan Tarixi Muzeyində “Ordum varsa, yurdum var!” adlı sərginin açılışı olub. Olaylar.az bildirir ki, sərgi Milli Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunub. Sərgidə hərb tariximizin şanlı səhifələrini əks etdirən unikal materiallar, o cümlədən, eksponatlardan bəziləri ilk dəfə nümayiş olunur.
Ermənistan ordusunun zabiti həbs edilib
Merkel Ərdoğana məktub göndərdi
Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə münasibətilə təbrik edib. Bu barədə Almaniya hökumətinin mətbuat xidməti bildirib.
39 iş üzrə 29550 manat məbləğində tətbiq edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 230 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 38 müddətli “məcburi göstəriş” verilib.
Ötən həftə ailə quran aktrisa: "Anam deyirdi, bəlkə getməyəsən"
Aktrisa Ülviyyə Əliyeva teatrın çətinliklərindən danışıb. Ülviyyə hətta 40 dərəcə qızdırma ilə tamaşa oynadığını bildirib: "Teatr, həqiqətən də, sirli, sehrli bir aləmdir. Bəzən görürsən ki, o qədər xəstə olmuşuq ki, səhnəyə çıxmağa belə halımız olmayıb. Fikirləşmişəm ki, səhnəyə addım ataram, yıxılaram. Amma səhnəyə çıxmışam, baş ağrım, bütün xəstəliklərim keçib. Bir dəfə də 40 dərəcə qızdırma ilə tamaşa oynamışam.
Bakıda oteldə qətl: qadın gənc sevgilisini öldürdü
Gecə saatlarında Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Qrand” oteldə qətl hadisəsi baş verib. 1987-ci il təvəllüdlü Sabunçu rayon sakini Günel Əliyeva təxminən 24 yaşlı sevgilisi ilə (hələlik ad-soyad açıqlanmır) otelin ikinci mərtəbəsindəki otağı kirayələyib.
Səməd Seyidov yenidən AŞPA-nın vitse - prezidenti seçildi
Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən qurumun vitse-prezidenti seçilib. Bu barədə AŞPA-nın saytında bildirilir.
Misirin məğlubiyyətinə dözmədi, ürəyi partladı
Misirin "Zamalek" klubunun keçmiş futbolçusu və kapitanı Əbdülrəhim Məhəmməd DÇ-2018-in qrup mərhələsinin son turunda keçirilən Misir-Səudiyyə Ərəbistanı matçına baxan zaman vəfat edib.
Milli Ordunun 100 illiyi münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən “Azərbaycan Milli Ordusunun 100 illiyi” münasibətilə yeni poçt markası hazırlanıb.
Hərbi paradda 13 ölkənin nümayəndəsi iştirak edəcək
Sabah Bakıda keçiriləcək hərbi parada qatılacaq ölkələrin adı məlum olub.

.jpg)












