Gündəm
Ordumuzun hərbi paradda nümayiş etdirdiyi bu ABŞ hərbi texnikası İrəvanı ŞOKA SALDI - VİDEO
Azərbaycan Hərbi Hava Qüvvələrinə verilən ABŞ istehsalı Bell-412 helikopterlərinin iyunun 26-da Bakıda keçiriləcək hərbi paradda nümayiş etdiriləcəyi ilə bağlı xəbərin Ermənistanda müzakirəsi davam edir. Ermənistan güclü erməni lobbisinin olduğu ABŞ-ın istehsal etdiyi təyyarənin 907-ci düzəlişə (Azərbaycana silah satılması ilə bağlı qadağa) rəğmən, Bakı tərəfindən əldə edilməsinin sirrini çözə bilmir.
Bakıda möhtəşəm parad: pilotlarımızdan HEÇ KİMİN ETMƏDİYİ RİSKLİ AVİAŞOU - VİDEO (YENİLƏNDİ)
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxıblar.
Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 3,5 faiz artıb
Yanvar-aprel aylarında iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 538,8 manata çatıb. Dövlət Statistika Komitəsindən bildiriblər ki, əməkhaqqı neft sektorunda 3226,8 manat, qeyri-neft sektorunda 477,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 416,7 manat, özəl müəssisələrdə isə 706,1 manat olub.
Prezident: “Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılacaq bayrağımız hərbi paradda göstəriləcək”
“Düşmənin istənilən strateji obyektini məhv etməyə qadirik. Bütün strateji məntəqələr Azərbaycan ordusu tərəfindən məhv edilə bilər”. Bunu bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.
"Naxçıvan əməliyyatı yüksək məharətlə həyata keçirildi" - İlham Əliyev
"Ötən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində 90-cı illərin əvvəllərində zəbt edilmiş 11 min hektar ərazi düşməndən azad edildi. Azərbaycan tərəfindən böyük mühəndislik, kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə həyata keçirildi".
İlham Əliyev: “Müharibənin yalnız birinci mərhələsi başa çatıb”
“Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb”. Bunu bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.
Prezident İlham Əliyev: “Ermənistan ordusu haqqındakı mifi darmadağın etdik”
Avropa İttifaqı: "Yeni Türkiyə hökuməti ilə işləməyə hazırıq"
İlham Əliyev hərbi paradda iştirak edir - YENİLƏNDİ
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxırlar.
Netanyahu Səudiyyə şahzadəsi ilə gizli görüşüb
Kiyevdə liviyalı diplomatın oğlu oğurlanıb
Gədəbəyədə mövqelərimiz atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ərdoğanın qələbəsi İsrail parlamentində ixtilaf saldı
Serj Sərkisyanın qardaşı sərbəst buraxıldı
Xızıda qadın özünü avtobusdan ataraq intihar etdi
Xızı rayonunda orta yaşlı qadın özünü sərnişin avtobusundan ataraq intihar edib. Təqribən 40-45 yaşlarında olan qadın özünü hərəkətdə olan avtobusdan atıb. Qadın aldığı xəsarətlərdən vəfat edib. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.














