Ərdoğan Tokayevlə danışdı
18:47 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.
Olaylar "Anadolu" agentliyinə istinadən xəbər verir ki, liderlər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Türkiyə Prezidenti qazaxıstanlı həmkarını avqustun 23-də Qazaxıstanda keçirilmiş Qurultay seçkilərinin nəticələri ilə əlaqədar təbrik edib.
Ərdoğan seçkilərdə iştirak nisbətinin yüksək olmasının həyata keçirilən islahatlara ictimai dəstəyin göstəricisi olduğunu vurğulayıb.
O, Türkiyə ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirəcəyini söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31