Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ: İqtisadi əməkdaşlıq genişlənir- ÖZƏL

" Yeni sənədlər və Ali Dövlətlərarası Şuranın fəaliyyəti Azərbaycan-Özbəkistan münasibətlərini daha sistemli və uzunmüddətli əməkdaşlıq mərhələsinə keçirə bilər. Bu mexanizm siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, iqtisadi layihələrin icrasına da daha yüksək səviyyədə koordinasiya verəcək".

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı  Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:

"İqtisadi baxımdan əsas perspektivlər ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların genişləndirilməsi, sənaye kooperasiyasının inkişafı, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində birgə layihələrin çoxaldılmasıdır. Xüsusilə Azərbaycan və Özbəkistanın Orta Dəhlizdəki mövqeləri nəzərə alınaraq, iki ölkə arasında nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi həm ikitərəfli ticarətə, həm də Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışına ciddi töhfə verə bilər.
Siyasi baxımdan isə Ali Dövlətlərarası Şura münasibətlərin strateji xarakterini möhkəmləndirən əsas platformalardan birinə çevrilə bilər. Şuranın fəaliyyəti dövlət başçıları səviyyəsində əldə olunan razılaşmaların konkret layihələrə və praktiki nəticələrə çevrilməsinə nəzarəti gücləndirəcək. Ümumilikdə, yeni sənədlər və bu institusional mexanizm Azərbaycan-Özbəkistan əlaqələrini sadəcə dostluq münasibətlərindən daha dərin iqtisadi, siyasi və strateji tərəfdaşlıq modelinə doğru inkişaf etdirə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31