Bu ölkədə bir şəhərin bütün polisləri həbs edildi

Meksikanın Quanaxuato ştatının Okampo şəhərinin bütün polis əməkdaşları həbs edilib. Onlar siyasətçi Fernando Anxeles Xuanresin ölümündə şübhəli bilinirlər.

Məlumatı REN TV yayıb.

Qeyd edilib ki, mer postuna namizəd iyunun 21-də güllələnib. O, Demokratik İnqilab Partiyasının üzvü olub.

"Independent" qəzetinin məlumatına görə, şəhər ictimai təhlükəsizlik şöbəsinin rəhbərinin cinayətlə bağlılığı olub. Qalan polislər isə davranış kodekslərini pozublar.

Hazırda ştat rəhbərliyi araşdırmaları davam etdirir.

Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31