Merkel Ərdoğana məktub göndərdi

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə münasibətilə təbrik edib. Bu barədə Almaniya hökumətinin mətbuat xidməti bildirib.

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

Bu barədə Almaniya hökumətinin mətbuat xidməti bildirib.

"Hörmətli cənab Prezident, yenidən prezident postuna seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm", məktubda deyilir.

A.Merkel qeyd edib ki, iki ölkə arasında uzunmüddətli dostluq mövcuddur və Almaniya sabit Türkiyənin tərəfdaşı olmaqda maraqlıdır. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31