Ermənistan ordusunun zabiti həbs edilib

Ermənistan ordusunun 45 yaşlı müqavilə əsasında xidmət edən hərbçi Ovanes Melkonyanın ölümündə təqsirli bilinən bölük komandirinin müavini həbs edilib.

Bu məlumatı ölkənin İstintaq Komitəsi yayıb.

Bildirilib ki, adı açıqlanmayan komandir müavini iyunun 22-də müqavilə əsasında xidmət edən başqa bir hərbçini avtomat silahı ilə döyüş postunda Melkonyana atəş açaraq yaralayıb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31