Misirin məğlubiyyətinə dözmədi, ürəyi partladı

Misirin "Zamalek" klubunun keçmiş futbolçusu və kapitanı Əbdülrəhim Məhəmməd DÇ-2018-in qrup mərhələsinin son turunda keçirilən Misir-Səudiyyə Ərəbistanı matçına baxan zaman vəfat edib.

Misirin "Zamalek" klubunun keçmiş futbolçusu və kapitanı Əbdülrəhim Məhəmməd DÇ-2018-in qrup mərhələsinin son turunda keçirilən Misir-Səudiyyə Ərəbistanı matçına baxan zaman vəfat edib.

Bunu misirli jurnalist oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, futbolçu səudiyyəlilərin Misirin qapısına vurduğu ikinci qoldan sonra ürək tutmasından keçinib.

Misirlilərin baş məşqçisi Ektor Kuper ötənlərin məşhur futbolçusunun vəfatı ilə bağlı başsağlığı verib.

Misir komandası hesab 1:1 olarkən 90+4-cü dəqiqədə qapısında ikinci qolu görüb. Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31