Gündəm
Qanunsuz balıq ovu edən şəxslər saxlanıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə növbəti reyd keçirilib. Olaylar.az bildirir ki, Xəzər dənizinin Kürdəxanı qəsəbəsi istiqamətində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxs saxlanılıb. Qanun pozucusu Xaçmaz rayon sakini İlyas Teyyubovdan 38 külmə balığı, 1 taxta qayıq, 2 sintetik tor götürülüb və barəsində balıq ehtiyatlarına vurulan ziyana görə 418 manat məbləğində iddia qaldırılıb.
Yeni tamaşanın məşqlərinə başlanıldı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin 3-cü rübü üçün təsdiq edilmiş repertuar planına uyğun olaraq Migel De Servantesin “Don Kixot” əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına başlanılıb. Olaylar.az bildirir ki, iyulun 3-də tamaşanın ilk məşqlərinə start verilib və səhnə həlli ilə bağlı yaradıcı heyətlə müzakirələr aparılıb.
Onun iki adaxlısı var
49 yaşlı Cennifer Enistonun bu aralar bəxti yaman açılıb. Həyat yoldaşı Castin Terudan ayrılmasından 5 ay keçməmiş aktrisa yeni eşqə başlayıb. Özü də Cennifer iki kişi ilə görüşür.
Avtobuslar gecə saatlarınadək fəaliyyət göstərəcək
Sumqayıtda nəqliyyatın təşkilində yaranmış problem aradan qaldırılıb
Sumqayıt şəhərində nəqliyyatın təşkilində yaranmış problem aradan qaldırılıb.














