Piramidada zibilin içindən Ölüm Tanrısı çıxdı

Misirin paytaxtı Qahirənin 24 kilometr cənub-qərbindəki Sakkara bölgəsində piramidadan ölüm və bərəkət tanrısı Osirisin heykəli tapılıb. 

Heykəl piramidanı bərpa edən arxeoloqlar tərəfindən, tarixi binanın qərb tərəfində, böyük bloklar arasındakı dar bir yerdən tapılıb. 

Misir tarixi əsəsrlər Ali Şurasının sədri Mustafa Vəziri bildirib ki, heykəl böyük bloklardakı zibil qatının içərisindən çıxarılıb. 63 metr uzunluğu, 15 sm eni olan heykəl bürüncdəndir.

Ölüm tanrısının hansısa rahib tərəfindən piramidanın dar bir küncündə gizlədildiyi bildirilir.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31