Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir - Həkimlərdən xəbərdarlıq

Həkimlər tərkibində gübrələrdən qaynaqlanan yüksək miqdarda kimyəvi maddələr olan qarpızların istehlakından çəkinməyi tövsiyə edirlər.

Erkən yetişən qarpızlar Rusiyaya Türkiyə, Çin, Özbəkistan, Qazaxıstan və Azərbaycan kimi isti ölkələrdən idxal olunur. Bildirilir ki, bu məhsulların daşınmaya davamlılığını təmin etmək məqsədilə müxtəlif kimyəvi maddələrlə işlənə bilər.

Məlumata görə, belə qarpızların tərkibində nitrat və pestisidlərin izləri ola bilər. Erkən yetişən qarpızların tərkibindəki nitratların mədə-bağırsaq sisteminə mənfi təsir göstərə biləcəyi qeyd olunur.

Bildirilib ki, gübrələrin tərkibində olan nitratlar orqanizmə daxil olduqdan sonra bağırsaq mikroflorasına və mədə selikli qişasına zərər verə bilər.

Qarpızın kimyəvi tərkibində nitrat və digər maddələrin miqdarını dəqiq müəyyənləşdirmək üçün laboratoriya müayinəsi tələb olunur. Ev şəraitində məhsuldakı kimyəvi maddələrin miqdarını etibarlı şəkildə müəyyən etmək mümkün deyil.|Medicina.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31