Tramp kanadalılara cavab tədbirlərindən sonra "Bəsdir artıq!" deyib

Donald Tramp bazar günü Kanada Baş naziri Mark Karninin iki ölkə arasında ticarət danışıqlarının uğursuzluğundan sonra ABŞ-nin gömrük tariflərinə qarşı cavab tədbirləri elan etməsinə sərt reaksiya verərək "Bəsdir artıq!" deyib.

ABŞ prezidenti özünün Truth Social sosial şəbəkəsində yazıb: "Kanada ABŞ-nin ştatı olmadan ABŞ ştatının üstünlüklərini əldə etmək istəyir!!!".

"Onlar həmçinin uzun illər ərzində bizim möhtəşəm fermerlərimizə böyük məbləğlərdə gömrük rüsumları tətbiq ediblər. Bəsdir artıq!!!", - deyə o əlavə edib.

Mark Karni şənbə günü bildirib ki, Kanadanın yeni gömrük rüsumları sentyabrın 8-də qüvvəyə minəcək. Bu rüsumlar şənbə günü ABŞ-nin yeni 50 faizlik əlavə tariflərinin qüvvəyə minməsindən sonra Amerika polad və süd məhsulları sənayesinə yönələcək. Yeni ABŞ tarifləri təxminən 20 milyard dollar dəyərində, yəni Kanadanın ABŞ-a ixracının 5,5 faizini təşkil edən mallara şamil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31