Gündəm

Dünyanın gözü Ərdoğanın andiçməsində - 17 ölkənin lideri Türkiyəyə gələcək

6 İyul 2018 08:33

9 iyul tarixində baş tutacaq tədbirə 17 prezident və dünyanın 20-dən çox yüksək vəzifəli siyasi xadimi qatılacaq. Bu haqda Türkiyə mediyası xəbər yayıb.

Mariya Zaxarova Rusiyanın Azərbaycana yardımından danışdı

6 İyul 2018 08:31

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Mingəçevir şəhərindəki istilik elektrik stansiyasında baş vermiş qəzaya münasibət bildirib. O, iyulun 5-də keçirilən ənənəvi brifinq zamanı Rusiyanın Azərbaycana köməyindən danışıb.

Marsel Qrossman mükafatı laureatlarının adları açıqlanıb

6 İyul 2018 08:30

İtaliyanın Roma şəhərində baş tutan Qravitasiya fizikası sahəsində "Marsel Qrossman Meeting" konfransı çərçivəsində Marsel Qrossman mükafatı laureatlarının adları açıqlanıb. Mükafata 75 yaşlı rusiyalı astrofizik Rəşid Sünyayev, Layman Peyc və çinli riyaziyyatçı Şintun Yau layiq görülübər.

Hindistanlı rəssamın əsərləri “YARAT”da 

6 İyul 2018 08:28

İyulun 7-də “YARAT” Müasir İncəsənət Məkanı tanınmış Hindistan rəssamı Şilpa Quptanın fərdi sərgisini təqdim edəcək. Mərkəzdə açılacaq sərginin ilham mənbəyini və mərkəzi hissəsini əsrlərboyu yaradıcılığına və siyasi baxışlarına görə həbslərə məruz qalmış 100 şairə ithaf edilən, yeni və genişmiqyaslı çoxkanallı səs instalyasiyası təşkil edir. Bu instalyasiya, sərgidə nümayiş etdirilən digər yeni rəsm və heykəltəraşlıq nümunələri ilə yanaşı, bu gün insanların söz və ifadə azadlığının zəifliyi və təsirlərə məruz qalması problemlərini ön plana çəkir.

Nazir Finlandiyanın Xarici Ticarət və İnkişaf naziri ilə görüşüb

6 İyul 2018 08:25

Ekologiya və Təbii Sərvətlər   Nazirliyində nazir Muxtar Babayevlə Finlandiyanın Xarici Ticarət və İnkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Səfir fəxri professor adına layiq görüldü

6 İyul 2018 08:18

Azərbaycan Dillər Universiteti Elmi Şurasının qərarı ilə İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fanani ADU-nun fəxri professoru adına layiq görülüb. Olaylar.az bildirir ki, tədbirdə Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti, İndoneziya Respublikasının Xalq Məşvərət Şurasının nümayəndələri və İndoneziya Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşları iştirak ediblər.

Mövsümün son premyerası

6 İyul 2018 08:14

86-cı teatr mövsümündə tamaşaçılarını növbəti premyera ilə sevindirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə onların sehrli Şərq nağıllarına səyahətə səsləyir. Olaylar.az bildirir ki, teatr repertuara “Min bir gecə” nağıllarından tanıdığımız “Əlibaba və qırx quldur”u daxil edib.

Nicatın xanımı ilə yeni FOTOSU

6 İyul 2018 08:07

“Bozbash pictures” komandasının aktyoru Nicat Rəhimovun həyat yoldaşı ilə yeni fotosu yayılıb. Şirin obrazı ilə tanınan aktyorun şəkli İnstaqramda paylaşılıb. Nicat və Ülviyyənin fotosuna yüzlərlə bəyəni və şərh gəlib. 

İnsanlar təxliyyə olundu

6 İyul 2018 08:04

Çexiyanın paytaxtı Praqanın mərkəzi Masna küçəsində yerləşən evlərdən birində böyük qaz sızması səbəbindən 500-dən çox adam təxliyyə olunub. Şəhərin tarixi rayonunda ictimai nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Cavid İsmayılov: Futbol oynamadıq, ancaq dalaşdıq

6 İyul 2018 08:02

Alfa Liqa iştirakçıları ilə tanışlığımız davam edir. Həmsöhbətimiz LSS-in kapitanı və “Universal Group”un direktoru Cavid İsmayılovdur.