Səfir fəxri professor adına layiq görüldü
Azərbaycan Dillər Universiteti Elmi Şurasının qərarı ilə İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fanani ADU-nun fəxri professoru adına layiq görülüb. Olaylar.az bildirir ki, tədbirdə Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti, İndoneziya Respublikasının Xalq Məşvərət Şurasının nümayəndələri və İndoneziya Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşları iştirak ediblər.
6 İyul 2018 08:18 SosialAzərbaycan Dillər Universiteti Elmi Şurasının qərarı ilə İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fanani ADU-nun fəxri professoru adına layiq görülüb.
Olaylar.az bildirir ki, tədbirdə Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti, İndoneziya Respublikasının Xalq Məşvərət Şurasının nümayəndələri və İndoneziya Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşları iştirak ediblər.
İndoneziyalı qonaqları və şura üzvlərini salamlayan Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Kamalla Abdulla ADU-da müxtəlif ölkələrin dillərinin və mədəniyyətlərinin yüksək səviyyədə təbliğ olunduğunu bildirib. Rektor qeyd edib ki, bu dillər və mədəniyyətlər sırasında İndoneziya dili və mədəniyyəti də xüsusi yer tutur. Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananiyə ADU-nun fəxri professoru diplomunu təqdim edib.
Səfir Husnan Bey Fanani Azərbaycan Dillər Universitetinin rəhbərliyinə, akademik-müəllim heyətinə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan və İndoneziya arasında dostluq və qardaşlıq münasibətləri yüksək səviyyədə davam edir.
Səfir əlavə edib ki, Azərbaycan və İndoneziya gəncləri xalqlarımızın dəyərlərini daha da irəli aparacaq. Səfir cənab Husnan Bey Fanani Azərbaycan Dillər Universitetinə hər zaman dəstək olacağına söz verib.