Böyük Avropa savaşı Almaniyada olacaq

Ukrayna münaqişəsi tez bir zamanda dayandırılmalıdır və böyük mümkün Avropa müharibəsində döyüşlər əsasən Almaniya ərazisində baş verə bilər.

Axar.az  bildirir ki, bu barədə "Sara Vaqenknext" ittifaqının sədri Sara Vaqenknext Funke media qrupuna verdiyi müsahibədə deyib.

"Alman texnologiyası və alman pulları Moskvaya hücumlar həyata keçirmək üçün istifadə olunur. Rusiyanın nöqteyi-nəzərindən NATO uzun müddətdir ki, ölkəyə qarşı müharibə aparır. Əgər bu təhlükəli gərginləşməni dayandırmasaq, tezliklə özümüzü əsasən Almaniya ərazisində aparılacaq böyük bir Avropa müharibəsində tapacağıq", - deyə Vagenknext bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31