Türkiyədən İsrailə qarşı sərt bəyanat
6 İyul 2018 00:47 DünyaTürkiyə Xarici İşlər Nazirliyi İsrailin Əbu Nəvvar bədəvi toplumuna aid evləri uçurmasını şiddətlə qınayıb.
Yayımlanan bəyanatda İsrailin bu kimi addımlarının birləşmiş Fələstin dövlətinin yaradılması perspektivini təhlükə altında qoyduğu bildirilib.
"İsrail beynəlxalq gərginliyə yol açan bu əməllərə son qoymalıdır", - deyə bildirilib.
Qeyd edək ki, İsrail əsgərləri Əbu Nəvvarda bədəvilərə aid 40 evi və müxtəlif tikililəri uçurub.
Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31