Türkiyə tarixi türbə ilə bağlı qərarını verdi
6 İyul 2018 00:42 DünyaPYD/YPG terrorçuları Suriyanın Menbiç bölgəsindən çıxarılandan sonra Süleyman şah türbəsi bərpa olunacaq.
Türbənin qorunmasına cavabdeh olan Urfa briqadası Menbiç və Karakozak bölgəsinin mühafizəsini də öz üzərinə götürüb. Briqada türbənin əvvəlki yerinə köçürülməsi üçün əmr gözləyir.
Qeyd edək ki, Süleyman Şah Türbəsi Suriyanın Hələb vilayətinin Karakozak kəndində yerləşir. Bura Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu yeganə ərazidir.
Xatırladaq ki, 2014-cü il martın 13-də Azad Suriya Ordusu ilə İŞİD terror qruplaşması arasındakı qarşıdurmalar nəticəsində Karakozak kəndi və türbənin olduğu bölgə İŞİD-in nəzarətinə keçib.
Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31