Gündəm

Rusiya Ermənistana MiQ-29-lar göndərdi

10 İyul 2018 12:16

Rusiya Ermənistandakı Erebuni aviabazasına MiQ-29 təyyarələri yerləşdirib.

Həftənin qalibi bəlli olub

10 İyul 2018 12:10

Ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar arasında növbəti intellektual teleoyun təşkil edilib.

Qida Təhlükəsizliyi Agentliyi işçi axtarır

10 İyul 2018 12:07

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun Lənkaran Regional Sınaq Laboratoriyasında işləmək üçün işçi axtarır.

Fond rəhbəri: "Yadellilər, sui-qəsdçilər hər zaman elə Gəncədə məğlub olublar"

10 İyul 2018 11:57

“Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd ətrafında kimlərinsə suyu bulandırmaq, bu hadisəni daxili siyasi proseslərə proeksiya edərək divident qazanmaq, yaxud manipulyasiya etmək, ictimai rəyi yanıltmaq cəhdləri açıq hiss olunur. Çox təəssüf ki, keçmişin dərslərindən ibrət götürülmür və siyasi həvəskarların, ölkə kənarından hər fürsətdə işarə gözləyənlərin, situasiyadan asılı olaraq, Şimal yaxud Cənuba istiqamətlənənlərin, sərbaz, yaxud kazak çəkməsi həsrəti yaşayanların illüziyalarının bu ölkəyə necə baha başa gəldiyi unudulur”. Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.

Politoloq: “Çavuşoğlu Davudoğludan daha faydalı nazir oldu"

10 İyul 2018 11:51

“Rəcəb Tayyib Ərdoğan Mövlud Çavuşoğlunu dəyişmədi, çox naziri dəyişdi, yenilərini gətirdi, ancaq xarici işlər nazirini yerində saxladı. Demək, Ərdoğan Çavuşoğlunun işindən razıdır və xarici siyasəti dayandığı yerdən davam etdirmək istəyir. Doğrusuna baxsaq, Çavuşoğlu Ərdoğan üçün pofessor Əhməd Davudoğludan daha faydalı nazir oldu. Çavuşoğlu Ərdoğanın xasiyyətinə bələddir və prezidentin istəyindən kənar addım atmır”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Trampın sürücüsü iş haqqının verilməməsinə görə iddia qaldırıb

10 İyul 2018 11:43

ABŞ prezidentinin sürücüsü Noel Sintron uzun illər ərzində iş vaxtından artıq görülən iş haqqının verilməməsinə görə "Trump Organization" şirkətini məhkəməyə verib.

Tailandda uşaqların mağaradan təxliyyəsinin üçüncü fazası başlayıb

10 İyul 2018 11:42

Tailandda uşaqların mağaradan təxliyyəsinin üçüncü fazası başlayıb.